-
- 27-10-2023, 00:56
- 328
"Qarabağ" Almaniyadan məğlub DÖNÜR
Avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ" Almaniyada meydana çıxıb.
News24.az xəbər verir ki, qrup mərhələsinin III turunda "Bayer 04"in qonağı olan Qurban Qurbanovun yetirmələri böyük hesablı məğlubiyyətə düçar olublar.
"Bay Arena"dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.
Qeyd edək ki, qrupun digər görüşündə "Molde" İsveçin "Hakken" kollektivini eyni hesabla üstələyib.
Nəticədə "Bayer 04" xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. "Qarabağ" 6 xalla ikinci, "Molde" 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki "Hakken"in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda "Bayer 04"ü qəbul edəcək.