-
- 28-03-2019, 17:57
- 928
Mədəniyyət nazirinin müavini Qətər Milli Muzeyinin açılışında iştirak edib
2019-cu ilin 27 mart tarixində Qətər dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Saninin himayəsi altında Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Muzeyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil edib.
Muzeyin rəsmi açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani çıxış edərək Qətərin tarixi, onun mədəniyyəti və zəngin irsi haqqında qısa məlumat verib.
Sonra tədbir iştirakçıları Qətərin tarixini və mədəniyyətini özündə yaşadan Qətər Milli Muzeyinin müasir və möhtəşəm arxitekturası, göz oxşayan interyeri, ekspozisiya və sərgi zalları, nümayiş olunan eksponatlar və onların tarixləri, habelə muzeyin gələcək fəaliyyəti ilə yaxından tanış edildi.
Muzeydə Qətərin qədim tarixi məişət əşyaları, xalça və tikmə məmulatları, döyüş silah növləri, dünya incəsənəti nümunələri və müasir əl işləri nümayiş edilir. Məhşur fransız memarı Jan Nuvel tərəfindən modernləşdirilmiş muzeyin yeni binasında ən son müasir texniki avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.
Muzeylə tanışlıqdan sonra Qətər Əmirinin adından qonaqların şərəfinə ziyafət verilib.
Ziyafətin sonunda Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani ilə görüşən nazir müavini Sevda Məmmədəliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını, möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik etməsini Qətər dövlətinin rəhbərinə çatdırmışdır. Qətərin Əmiri isə öz növbəsində Qətər xalqının önəmli günündə Azərbaycan nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirmiş və ölkə rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.
Daha sonra nazir müavini Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Muzeyinin direktoru Şeyx Əl Mayassa bint Həməd bin Xəlifə Əl Sani və Qətər Təhsil, Elm və İcma İnkişafı Fondunun sədr müavini və icraçı direktoru Şeyxa Hind bint Həməd bin Xəlifə Əl-Tani ilə görüşərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın salamlarını çatdırmış və muzeyin açılışı münasibəti ilə bağlı öz xoş təəssüratlarını bölüşüb.
Sevda Məmmədəliyeva Qətər Milli Muzeyinin direktoru ilə görüşü zamanı Azərbaycan muzeyləri və Qətər Milli Muzeyi arasında əməkdaşlığın qurulması haqqında söhbət açmış və Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan “Azərbaycan El Sənəti”, habelə ölkəmizin xalçaçılıq sənətinə aid “Stars of Caucasus” adlı kitabları ona hədiyyə edib.
Qətər Milli Muzeyinin direktoru Şeyxa Əl Mayassa bint Həməd bin Xəlifə Əl Sani Azərbaycan və Qətər arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılmasını, iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulması üçün zəruri tədbirlərin görüləcəyini qeyd etmiş və Azərbaycan tərəfinin Qətər Milli Muzeyinin açılış tədbirində iştirakı ilə bağlı öz minnətdarlığını bildirib.
Sözügedən tədbirlərdə Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov da iştirak edib.