“Elə bilirdin, gizlin qalacaq?” - Aktrisa QƏZƏBLƏNDİ
    • 27-10-2023, 11:31
    • 313

“Elə bilirdin, gizlin qalacaq?” - Aktrisa QƏZƏBLƏNDİ

“O qədər ayağımın altını qazıblar, yolumu kəsiblər, düşmənçilik ediblər ki…”

News24.az xəbər verir ki, bu fikirləri ona pislik edən həmkarlarından danışan tanınmış aktrisa Arzu Abdulova Yenicag.az-a açıqlamasında edyib.

Sənətçi ona edilən pisliklərin səbəbini də açıqlayıb:

“Vaxtilə mənə qarşı o qədər haqsızlıqlar olub ki… Layihələrə dəvət almışam, özləri çağırıblar, danışıb qərar vermişik. Hətta ssenarini təqdim ediblər, oxuyub razılıq vermişəm. Amma çəkilişə iki gün qalmış, zəng edib deyiblər ki, alınmır.

Mənə badalaq vurmaq istəyən adamlar yolumu kəsirdilər. Amma o insanlar elə bilirdilər, bu, gizlin qalacaq, yolumu kəsənlərin kim olduğunu bilməyəcəyəm. Lakin mən quyumu qazanların, mənə düşmənçilik edənlərin kim olduğunu öyrənirdim.

Paxıllığımı çəkən o qədər aktrisalar olub, indi də var. Paxıllıqlarının da səbəbi budur ki, onlardan üstünəm. Gözəl bilirlər ki, mənim kimi mükəmməl rol yarada bilməzlər. Amma aram yaxşı olan aktrisalar da var”.

Arzu möhtəşəm bir layihəyə dəvət aldığını deyərək paxıllığını çəkən aktrisalara acıq da verib:

“Gələn ay möhtəşəm bir film layihəsində çəkiləcəyəm. Adını açıqlamaram, çünki yenidən quyumu qazmasınlar. Hərçənd bu mümkün deyil, amma yenə də işimi ehtiyatlı tuturam. Əslində, çoxları o layihəyə düşmək istəsə də, düşə bilmirlər”.