-
- 28-03-2019, 18:00
- 926
Kredit almaq istəyən tələbələrin NƏZƏRİNƏ
Maarifçi Tələbə Kredit Fondunun martın 1-də başlayan və aprelin 5-də başa çatmalı olan elan sessiyasının müddəti uzadılıb.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, mart ayında qeyri-iş günləri nəzərə alınaraq, elan sessiyasının müddəti cari ilin aprelin 20-dək davam edəcək.
Kredit almaq üçün tələbələrin fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.
Tələbələr üçün müəyyənləşdirilən seçim meyarları olduğu kimi saxlanılıb.
Qeyd edək ki, “Maarifçi Tələbə Kredit” Fondu 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlərin verilməsi ilə bütün tələbələrə bərabər imkanların yaradılmasıdır. Hazırda Fond 10 təsisçi universitet və 4 tərəfdaş universitetlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetlər tərəfindən təqdim edilən tələbə krediti yerlərinin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 223 təhsil haqqı krediti müqaviləsi imzalanıb.