Ronaldodan böyük ETİRAF:
    • 27-10-2023, 19:05
    • 274

Ronaldodan böyük ETİRAF: "Qızıl top Messiyə verilməlidir..."

Braziliya millisinin sabiq hücumçusu Ronaldo ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top”u Lionel Messinin qazanmalı olduğunu deyib.

News24.az QOL.az-a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun bu mükafata layiq olduğunu söyləyib:

“Qızıl top” şübhəsiz ki, Lionel Messiyə verilməlidir. Başqa yol yoxdur. Onun 2022-ci il dünya çempionatında etdikləri xüsusi idi. Bu mənə Dieqo Maradona və Pelenin dünya çempionatındakı çıxışlarını xatırlatdı”.

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 ve 2021 illərdə "Qızıl top"un sahibi olub. Əgər Messi bu dəfə də alsa 7-ci "Qızıl top" sahibi kimi rekordunu təzələyərək adını dünya futbol tarixinə bir daha yazdıracaq.

Xatırladaq ki, mükafatın son qalibi bu yay "Real"dan ayrılaraq "Əl-İttihad"a keçən Kərim Benzemadır.