Milli futbolçunun qabırğası SINDI
    • 28-10-2023, 16:35
    • 175

Milli futbolçunun qabırğası SINDI

Rusiya millisinin və "Spartak" klubunun futbolçusu Georgi Cikiya zədələnib.

News24.az  Championat-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin məşq zamanı qabırğası sınıb.

Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Georgi Cikiya 2017-ci ildən Moskva təmsilçisinin formasını geyinir.