Türkiyədə yaşamaq istəyənlər üçün yeni QAYDALAR
    • 29-10-2023, 12:54
    • 282

Türkiyədə yaşamaq istəyənlər üçün yeni QAYDALAR

Türkiyə daşınmaz əmlak almaqla yaşayış icazəsi almaq üçün yeni qaydalar tətbiq edib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, Türkiyədə yaşayış icazəsi üçün ölkədə alınmalı olan daşınmaz əmlakın qiyməti 50-75 min dollardan 200 min dollara yüksəldilib.

Qeyd edək ki, ölkədə yaşamaq icazəsi olan 1,1 milyondan çox əcnəbi yaşayır ki, onlardan 122 mini ruslardır.

Yeni meyarlar oktyabrın 16-dan qüvvəyə minib və daşınmaz əmlak almaq yolu ilə yaşayış icazəsi almaq istəyənlərə şamil edilir.