Dmitriy Medvedev: Avropa Rusiyanının düşməninə çevrilib
    • 29-10-2023, 20:17
    • 259

Dmitriy Medvedev: Avropa Rusiyanının düşməninə çevrilib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa ilə olan münasibətlərdən bəhs edib.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Onun sözlərinə görə, Avropa Rusiyanı nəinki strateji tərəfdaş kimi itirib, həm də Moskvanın əsl düşməninə çevrilib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bəyan edib ki, Avropa ilə Rusiya arasında enerji əməkdaşlığı çox uzun müddətdir pozulub.

Nəticədə, uzun illər Avropa Birliyinin hərəkətverici qüvvəsi olan ən böyük Avropa ölkələrinin iqtisadiyyatları əhəmiyyətli dərəcədə tənəzzülə uğrayıb.

"Bir çox Aİ ölkələrində inflyasiya hələ də davam etməkdədir. Ərzaq qiymətləri kəskin şəkildə yüksəlir və bahalaşmağa da davam edəcək"- deyə, o, fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı