-
- 30-10-2023, 11:25
- 303
Paşinyan Türkiyə ilə sərhədin açılmasının anonsunu verdi
“Rəsmi İrəvan ümid edir ki, Ermənistanla Türkiyə arasında sərhədin açılmasına dair razılaşmalar yaxın vaxtlarda həyata keçiriləcək”.
News24.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.
“Ümid edirəm ki, yaxın gələcəkdə biz Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşləri nəticəsində əldə edilmiş razılaşmaları həyata keçirəcəyik”, - Paşinyan bildirib.
Onun nazirinin sözlərinə görə, indiki mərhələdə Ermənistanla Türkiyə arasında sərhəd üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmalı olacaq. O, həmçinin qeyd edib ki, siyasi razılaşmalarla yanaşı, mühüm infrastruktur işləri də həyata keçirilib.
Akqabay