-
- 30-10-2023, 12:20
- 159
BMT Təhlükəsizlik Şurası Qəzzaya görə TƏCİLİ TOPLANIR
Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının Birləşmiş Ərəb Əmirliklərinin tələbi ilə İsrailin Qəzzaya qurudan müdaxiləsi və oradakı fələstinlilərin humanitar vəziyyəti ilə bağlı bu gün günortadan sonra fövqəladə iclas keçirməsi planlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, şurada ərəb nümayəndəsi olan BƏƏ, hələ də müzakirə olunan İsrail-HƏMAS müharibəsi ilə bağlı Təhlükəsizlik Şurasının yeni qətnaməsi üzərində işləyən 10 seçilmiş şura üzvündən biridir. Şura dörd qətnamə layihəsini rədd edib - biri ABŞ-nin, biri Rusiya və Çinin veto etdiyi, ikisi isə minimum doqquz "hə" səsini ala bilməyən qətnamə layihəsidir.
Qəzza iclası şuranın əvvəlcə Qərbi Sahara, sonra isə Kolumbiyada toplanmasından sonra baş tutacaq.
Akqabay