Sabiq mer vəfat etdi - FOTO
    • 30-10-2023, 14:44
    • 150

Sabiq mer vəfat etdi - FOTO

Təbrizin keçmiş meri, həkim Məhəmməd Baqer Sədri vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Guney Azfront teleqram kanalı məlumat yayıb.

Qeyd edəki, Məhəmməd Baqir Sədri 1944-cu ildə Şərqi Azərbaycanın Sərab şəhərinin Mehraban kəndində anadan olub. O, iqtisadiyyat sahəsində akademik təhsilini Avstriyanın Qrats Universitetində alıb və orada doktorantura kursunu uğurla başa vurub. 

M.B.Sədri İslam inqilabından sonra Təbriz şəhərinin ilk meri və Şərqi Azərbaycanın ticarət üzrə baş direktoru, Təbriz Ticarət və Sənaye Palatasının nümayəndələr şurasının üzvü, Təbriz Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü olub. 

Aynurə