Ağstafa sakinləri suyu bu üsulla gətirirlər - VİDEO
    • 30-10-2023, 17:51
    • 183

Ağstafa sakinləri suyu bu üsulla gətirirlər - VİDEO

Pulu olan avtomobillərlə, olmayanlar da uzunqulaq və atlarla kəndin müxtəlif yerlərindən içməli su gətirirlər. Tək yaşayan ahıl və tənha insanlar da qonşuların ümidinə qalırlar.

News24.az  Xəzər TV-yə istinadən bildirir ki,mövcud vəziyyət Ağstafa rayonunun Pirili kəndində hökm sürür.

Sakinlər bildirir ki, yüzə yaxın evi içməli su ilə təmin edən artezian bir neçə aydır ki, işləmir. 

Onların sözlərinə görə, məsələynən bağlı aidiyyəti üzrə müraciət ediblər. Lakin problem hələ də qalmaqdadır.

Məsələ ilə bağlı Ağstafa Suvarma Sistemləri İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Qabil Məmmədov  açıqlamasında bildirib ki, bir həftə ərzində artezian quyusunda mövcud çatışmazlıq aradan qaldırılacaq və sakinlər içməli su ilə təmin olunacaq. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: