-
- 31-10-2023, 13:09
- 275
DƏHŞƏTLİ HADİSƏ: 63 yaşlı çörəkçi 16 yaşlı qıza...
Adanada 63 yaşlı çörəkçi, pulunu qazanmaq üçün yanında işləməyə başlayan 16 yaşlı qıza təcavüz etməyə çalışıb.
News24.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Əldə edilən məlumata görə, hadisə oktyabrın 28-də Yüreğir rayonunda baş verib. İddialara görə, orta məktəb şagirdi olan 16 yaşlı qız valideynləri ayrı olduğu üçün babası ilə yaşayır. O, 3 ay əvvəl məktəb pulunu ödəmək üçün çörək sexində kassir işləməyə başlayıb. Əvvəlcə hər şey normal gedərkən, son bir həftədə 63 yaşlı müdürü qıza əl hərəkətləri ilə sataşmağa başlayıb.
Qızın çörək sexinin sahibini itələməsinə və rədd etməsinə baxmayaraq, o davam edib. Qız çörəkçidən şikayət etmək üçün polis bölməsinə gedib. Bunun üzərinə çörək sexinə gələn polis yaşlı kişini saxlayıb. Ədliyyəyə sövq edilən qoca "uşağa qarşı cinsi istismara cəhd" maddəsi ilə həbs edilib.
Ülkər Abdurahmanlı