Bakıda kişi qonşu qadını döyüb öldürdü
    • 1-11-2023, 10:09
    • 171

Bakıda kişi qonşu qadını döyüb öldürdü

Bakıda kişi qonşu qadını döyüb öldürüb. 

News24.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində qonşuları - Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və qızı 1987-ci il təvəllüdlü Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib. Hadisə nəticəsində  Marina Çabanova komaya düşüb və ölüb. 

Faktla bağlı CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

Samir Əli