Zəngilan şəhərinin Baş planı təsdiqləndi
    • 1-11-2023, 12:37
    • 193

Zəngilan şəhərinin Baş planı təsdiqləndi

Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

News24.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Xatırladaq ki, Zəngilan şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. Vətən müharibəsində şanlı Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də şəhəri işğalçılardan azad edib.