-
- 1-11-2023, 13:20
- 421
Donuz ürəyi köçürülən ikinci xəstə də VƏFAT ETDİ
ABŞ-ın Merilend Universiteti Tibb Məktəbində geni dəyişdirilmiş donuz ürəyi köçürülmüş 58 yaşlı xəstə Lourens Faucette 40 gün sonra dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
2021-ci ilin sentyabrında Nyu-Yorkda tədqiqatçılar donuzların heyvandan insana nəqli üçün perspektivli ola biləcəyinə dair təcrübə aparıblar. Onlar müvəqqəti olaraq ölmüş insan bədəninə donuz böyrəyini yerləşdiriblər və onun işləməyə başladığını müşahidə ediblər.
ABŞ-ın Merilend ştatındakı Merilend Universiteti Tibb Məktəbində ilk dəfə donuzdan insana ürək nəqli edilən xəstə təxminən 2 ay sonra dünyasını dəyişib.
Eyni xəstəxanada geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası alan ikinci xəstə, 58 yaşlı Lourens Faucette 40 gün sonra vəfat edib.
Ülkər Abdurahmanlı