İsralin vurduğu türk xəstəxanası fəaliyyətini DAYANDIRDI - FOTO
    • 1-11-2023, 15:50
    • 157

İsralin vurduğu türk xəstəxanası fəaliyyətini DAYANDIRDI - FOTO

Qəzza zolağında Türkiyə hakimiyyəti tərəfindən inşa edilən Fələstin-Türkiyə Dostluq Xəstəxanası İsrailin vurduğu zərbələr səbəbindən fəaliyyətini dayandırıb. 

News24.az xəbər verir ki, bu barədə Fələstin televiziyası məlumat yayıb.

Bildirilib ki, tibb müəssisəsi xərçəngin müalicəsi üzrə ixtisaslaşıb. Telekanal iddia edir ki, Türkiyə xəstəxanasından başqa, hərbi əməliyyatlar başlayandan bəri bölgədə 17 tibb müəssisəsi fəaliyyətini dayandırıb.

Fələstin Səhiyyə Nazirliyinin rəhbəri Mey Kailenin sözlərinə görə, dağıdılan xəstəxana Qəzzada xərçəng xəstələrinə xidmət göstərə bilən yeganə tibb müəssisəsi olub. “Bu xəstəxanada müalicə olunan 70 xərçəng xəstəsinin həyatı ciddi təhlükə altındadır. Qəzzada xərçəng xəstələrinin ümumi sayı ən azı 200 nəfərdir, onların hamısı fəlakətli şəraitdə yaşayırlar”, - deyə o, bildirib. Fələstin.

“Əş-Şifa xəstəxanasına gəldikdə, o, yanacaq çatışmazlığı səbəbindən 24 saatdan az müddətdə fəaliyyətini dayandıracaq”, - Kaile əlavə edib. Onun sözlərinə görə, ümumilikdə Qəzzada hazırda 16 tibb müəssisəsi fəaliyyət göstərir.

Akqabay