-
- 1-11-2023, 18:51
- 219
Havada dəm qazının miqdarı normadan çox olub - Nazirlik
Paytaxtın havasında dəm qazının, azot-4 oksidin və dispers toz hissəciklərinin miqdarı normadan çox olub.
News24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri və azot-4 oksid 1.2, dəm qazı 1.5, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.1, dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar transsərhəd xarakterlidir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.