-
- 2-11-2023, 01:59
- 401
Azərbaycanın müdafiə xərci AÇIQLANDI
Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.
News24.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Belə ki, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 3 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.