Roma papası qaranlıq dövrün gəldiyini açıqladı:
    • 2-11-2023, 12:49
    • 94

Roma papası qaranlıq dövrün gəldiyini açıqladı: "müharibə vəziyyətindəyik"

“Müharibə hər iki tərəfin məğlubiyyətinə gətirib çıxaracaq, ona görə də hər şeyə dialoq yolu ilə nail olmaq lazımdır. Dünya müharibə vəziyyətindədir, bunun səbəbi silah sənayesi və ona böyük gəlir gətirən investisiyalardır. Dünya indi çox qaranlıq bir zamandadır”.

News24.az xəbər verir ki, bu barədə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk “RAI”ya müsahibəsində deyib.

Fransisk İsrail və Fələstini silahlarını yerə qoymağa çağırıb.

“Müharibə məğlubiyyətdir. Bunu növbəti məğlubiyyət kimi qəbul edirəm. Bir yerdə yaşamalı olan iki xalq müdrik bir qərarla buna nail ola bilər”, - Katolik Kilsəsinin rəhbəri bildirib.

Ayşən