İsrail Qəzzada tunelləri MƏHV ETDİ
    • 2-11-2023, 17:47
    • 164

İsrail Qəzzada tunelləri MƏHV ETDİ

İsrail ordusu Qəzza zolağında mühəndis-istehkamçılar HƏMAS-ın tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

News24.az xəbər verir ki, əməliyyat İsrailin Qəzza zolağına qurudan hücuma başladığı vaxtdan bəri onun nəzarətinə keçən ərazilərdə keçirilib.

Məlumata görə, ordu mühəndisləri tunelləri dağıtmaq, HƏMAS-ın quraşdırdığı tələləri zərərsizləşdirmək və ya tunellərdəki silahlıları öldürmək üçün müxtəlif növ robotlar və partlayıcı qurğulardan istifadə edirlər.

Cənub Komandanlığının yüksək rütbəli zabiti bildirib ki, tunnellər, onların çıxışları dağıdılır. Hava hücumlarında vurulan tunellər nəzərə alınmasa, ordu artıq 100-ə yaxın tuneli məhv edib.

Qumral