HƏMAS əks-hücuma keçdi - İsrailin İTKİLƏRİ VAR
    • 3-11-2023, 01:21
    • 316

HƏMAS əks-hücuma keçdi - İsrailin İTKİLƏRİ VAR

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası Qəzzanın şimal-qərbində İsrailin 6 tankını və digər bir sıra texnikasını məhv edib.

News24.az  xəbər verir ki, bu barədə briqadanın nümayəndəsi Əbu Ubeydə deyib.

“Bu axşam Qəzza şəhərinin şimal-qərbində cəbhə bölgəsində geniş əks-hücum həyata keçirilib. Bu zaman döyüşçülərimiz 6 tankı, iki hərbi nəqliyyat vasitəsini, bir buldozeri məhv edib, həmçinin canlı qüvvədə düşmənə ağır itki veriblər”, - Əbu Ubeydə bildirib.