Rəşad Məciddən SƏRT SÖZLƏR:
    • 4-11-2023, 12:27
    • 471

Rəşad Məciddən SƏRT SÖZLƏR: "Özünə hörmət edən media subyektləri..."

"Sosial şəbəkələrin meydan suladığı indiki dövrdə psixi pozğunluğu, sapıntılı orientasiyası, şübhəli reputasiyası, küt düşüncəsi olan adamlar hər cür sərsəm fikirlər səsləndirə bilərlər". 

News24.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, media xaosun, bulanıqlığın qarşısında sipər olmalıdır:

"Özünə hörmət edən ciddi media subyektləri, normal düşüncəli fəal sosial şəbəkə istifadəçiləri belə sərsəm fikirləri yaymamalı, tirajlamamalı, əksinə hiddət və etirazlarını bildirməlidirlər".