Bakı-Ağstafa reysi ilə bağlı YENİLİK - Bu mümkün olacaq
    • 4-11-2023, 14:14
    • 143

Bakı-Ağstafa reysi ilə bağlı YENİLİK - Bu mümkün olacaq

Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.

News24.az xəbər verir ki, QSC-dan verilən məlumata görə, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.

Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.

Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.