"Nəsil ağacı" filminin təqdimatı keçirilib
    • 5-11-2023, 12:11
    • 315

"Nəsil ağacı" filminin təqdimatı keçirilib

Qərbi Azərbaycandan deportasiya olunanların yaşadıqlarından bəhs edən "Nəsil ağacı" filminin təqdimatı keçirilib. 

News24.az-ın məlumatına görə, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gətirilən filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev, prodüseri isə Elnur Niftəliyevdir. 

Filmdə tamaşaçılara vaxtilə deportasiyaya məruz qalan insanların dilindən həmin dövrün kədərli mənzərəsi təsvir olunur. 

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bilavasitə köməyi ilə çəkilən ekran işinin operatoru Vüqar Şıxəliyev, montajçısı Elmar Tariyeloğludur. 

Fərid Azəri