Ərdoğan CHP-də lider dəyişikliyinə münasibət bildirdi:
    • 5-11-2023, 18:10
    • 138

Ərdoğan CHP-də lider dəyişikliyinə münasibət bildirdi: "Heç nəyi dəyişməyəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.

News24.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. Ərdoğan bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:

“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.

Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib.