-
- 6-11-2023, 10:12
- 227
Azərbaycanda 43 yaşlı vəkil intihar etdi - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Qazax rayonunun Hüseynbəyli kəndində Rüfət Mahmudov intihar edib.
News24.az xəbər verir ki, "Unikal" vəkilin intiharı ilə bağlı bəzi məlumatları əldə edib.
Belə ki, 1980-cı il təvəllüdlü Mahmudov Rüfət Əsəd oğlu Qazax rayonunda vəkillik fəaliyyəti ilə məşğul olurmuş. O, intihar etdiyi gündən bir gün əvvəl işi ilə əlaqədar Zaqatalaya getməli imiş.
Lakin, Rüfət oraya getməkdən imtina edib və növbəti gün kənddəki pay torpağında özünü asaraq intihar edib. Ailə üzvləri onun hər hansı problemindən xəbərsiz olduqlarını, intihar səbəbini bilmədiklərini deyiblər.
Onu da qeyd edək ki, Rüfət Mahmudov ailəli olub. Onun 2 oğlu, 1 qızı var. Kənd sakinləri onların normal, münaqişəsiz ailə olduqlarını bildiriblər.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.