İsrail ordusu HƏMAS-ın rəhbər şəxsini MƏHV ETDİ
    • 6-11-2023, 10:55
    • 121

İsrail ordusu HƏMAS-ın rəhbər şəxsini MƏHV ETDİ

İsrail Müdafiə Qüvvələrinin (İDF) döyüşçüləri Qəzza zolağında HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musanı məhv edib. 

News24.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İDF döyüşçüləri HƏMAS terror təşkilatı üçün xüsusi əməliyyatlara cavabdeh olan Camal Musa da daxil olmaqla bir neçə HƏMAS terrorçusunu məhv edib. Bundan əlavə, İsrail ordusunun əsgərləri quru döyüşlərində HƏMAS batalyon komandirlərini öldürüblər”, - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, əməliyyat “HƏMAS terrorçularını təqib etmək səyləri çərçivəsində” və “Baş Təhlükəsizlik Xidməti və Ordu Kəşfiyyatının kəşfiyyat məlumatlarına uyğun olaraq” həyata keçirilib. “1993-cü ildə Camal Musa Qəzza zolağında patrulluq edən İDF əsgərlərinə atəş açıb”, - deyə məlumatda qeyd olunub. 

Akqabay