-
- 7-11-2023, 22:43
- 268
"Beşiktaş"ın prezidenti son qərarını AÇIQLADI
"Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi növbəti seçkilərdə bu posta namizədliyini irəli sürməyəcək.
News24.az Fanat.Az-a istinadən xəbər verir ki, klub başqanı bunu özü açıqlayıb.
64 yaşlı funksioner "Beşiktaş" camiəsinin sakitliyə və yeni enerjiyə ehtiyacı olduğu üçün belə qərara gəldiyini söyləyib.
Qeyd edək ki, "Beşiktaş"da prezident seçkiləri noyabrın 26-da keçiriləcək. Ahmet Nur Çebi 2019-cu ildən indiki postundadır.