Erməni deputat: “Çoxlu erməni hərbi qulluqçunun cəsədi hələ də basdırılmayıb”
    • 8-11-2023, 22:30
    • 210

Erməni deputat: “Çoxlu erməni hərbi qulluqçunun cəsədi hələ də basdırılmayıb”

 “Qarabağın itirilməsindən 3 həftədən az vaxt keçib, çoxlu erməni hərbi qulluqçunun cəsədi hələ də basdırılmayıb, İrəvanda şar uçururuq, ötən gün oxumuşam, deyirlər ki, artıq şəhərin bayram dekorasiyasına başlayırıq. Yaxşı, özümzü nə qədrə gic yerinə qoya bilərik?”.

News24.az Ordu.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Nazaryan deyib.

Onun sözlərinə görə, Qarabağ Azərbaycanın tam nəzarəti altına keçdikdən üç gün sonra Ermənistanda kiminsə evində fişəng atırlarsa, bu, problemdir.

“Övladlarımızı güclü, amma əxlaqlı böyütməliyik. Şəhər bələdiyyəsi niyə bayram işıqlandırması etmək istəyir ? Çünki hər bayram tədbiri ilə dolu adam cibini bir az da zənginləşdirir”, - deyə Nazaryan bildirib.