Rusiyada güclü zəlzələ oldu
    • 9-11-2023, 08:12
    • 155

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kuril adaları yaxınlığında (Saxalin vilayəti) zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5,4 və 4,1 olan iki zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar ətraf yaşayış məntəqələrində zəif hiss olunub.