-
- 2-04-2019, 14:05
- 1 294
“12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri növbəti dəfə nümayiş ediləcək
Aprelin 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə nümayiş ediləcək.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev, Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edəcək.
Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət edilir. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.