-
- 10-11-2023, 17:06
- 164
Aviasiya şirkəti 750 nəfəri işdən çıxardacaq
Airbus müdafiə və kosmik bölmələrində yenidənqurma çərçivəsində 750 nəfəri ixtisar etməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
Bu dəyişikliyin hazırda məcburi ixtisarlara səbəb olacağı gözlənilmir və növbəti iki il ərzində işçi qüvvəsinin azalması və istefa, təqaüdə çıxma və ya ölüm səbəbiylə işə qəbulun azalması şəklində olacaq.
Airbus sözçüsü Airbus-un ixtisar planını təsdiqləyib və izah edib ki, bu ixtisarlar işçi qüvvəsinin ümumi azalması ilə nəticələnməyəcək.
Ülkər Abdurahmanlı