"Ermənistan “Happy end”lə regional masaj salonuna çevriləcək”
    • 11-11-2023, 09:06
    • 182

"Ermənistan “Happy end”lə regional masaj salonuna çevriləcək”

Erməni tarixinə ilk hədəfli zərbəni bu hakimiyyət erməni tarixini redaktə etməyə başlayanda vurub”.

News24.az Ordu.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının şura üzvü Levon Nazaryan dövlət məktəblərində “Ermənistan tarixi” dərsliyindəki səhvlərə toxunarkən deyib.

O qeyd edib ki, 19-cu əsrdə erməni tarixini redaktə etmək cəhdlərinin əsas tezisi erməni xalqının yerli yox, mühacir olması idi.

“İnsanlar dərslik yazmağı işgüzar fəaliyyətə çevirib, ağlına gələni yazır, istədiklərini edirlər, unudurlar ki, dərslikdə nəzəriyyə yazmaq olmaz, ancaq konkret faktiki sübutlar yazılmalıdır. 2018-ci ilə qədər Ermənistanda kimsə erməni tarixinə dair belə bir dərslik yazmağa cürət edə bilməzdi”, - deyə Nazaryan bildirib.

Nazaryanın sözlərinə görə, Paşinyan deyir ki, Ermənistan “Happy end”lə regional masaj salonuna çevriləcək.

“Sülh kəsişməsi” nə deməkdir? İndi o, (Paşinyan-red.) deyə bilər ki, Ermənistan “Happy end”lə regional masaj salonuna çevriləcək”, - deyə o əlavə edib.