Blinken Qəzzada həddən çox fələstinlinin öldürüldüyünü ETİRAF ETDİ
    • 11-11-2023, 10:41
    • 191

Blinken Qəzzada həddən çox fələstinlinin öldürüldüyünü ETİRAF ETDİ

ABŞ Dövlət Katibi Antoni Blinken İsrailin Qəzzaya hücumları zamanı həddən  çox fələstinlinin öldürüldüyünü etiraf edib.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

Blinken mülki insanları qorumaq və humanitar yardımın (mülki insanlara) çatmasını təmin etmək üçün görüləcək çox şey var deyib.

 "İndiyə qədər çox sayda fələstinli öldürülüb, son bir neçə həftədə bu qədər (mülki) zərər dəyib. Biz onların zərər görməməsi və humanitar yardımın çatdırılmasını maksimum dərəcədə artırmaq üçün mümkün olan hər şeyi etmək istəyirik"

ABŞ-ın Qəzzada mülki şəxslərin müdafiəsi üçün əlavə təkliflər irəli sürdüyünü bildirən Blinken, Qəzza zolağının şimal bölgələrində mülki şəxslərin “qaçmaları” üçün iki “humanitar dəhliz” yaradıldığında qeyd edib.

Ülkər Abdurahmanlı