AZƏRBAYCANDA BƏDBƏXT HADİSƏ: Sinəsinə mismar batdı
    • 12-11-2023, 17:17
    • 315

AZƏRBAYCANDA BƏDBƏXT HADİSƏ: Sinəsinə mismar batdı

Mingəçevirdə ustanın ehtiyatsızlığı ölümünə səbəb olub.

News24.az xəbər verir ki, hadisə şəhərin “Tərəvəzçilik sovxozu” ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini 42 yaşlı Elman Yusifov fərdi yaşayış evində işlədiyi vaxt sinəsinə mismar batıb.

Usta ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.