Adnan Oktardan sonra Türkiyədə yeni "Mehdi" zühur etdi - VİDEO
    • 28-07-2018, 11:19
    • 1 164

Adnan Oktardan sonra Türkiyədə yeni "Mehdi" zühur etdi - VİDEO

Hə buna deyərlər at ölüb, eşşəklərin bayramıdır. Adnan Oktar həbs olunar olunmaz, kölgədə qalan fırıldaqçılar gün işığına çıxdılar.

News24.az xəbər verir ki, Türkiyənin Kocaeli vilayətində meydana çıxmış saxta Mehdi- Tuncer Çiftçi hətta, xərçəng xəstəliyini belə dua ilə müalicə etdiyini bildirib.

Onun son görüntüləri isə sosial şəbəkədə hamını şoka salıb. Çiftçi yanındakı qadınlara “Məni sevirsənizsə, suya tullanın” deyir. Qadınlar isə onun dediyini edirlər.

Bir qrup qadınla şəlaləyə gedən Tuncer əlindəki dəyənəklə suyun içinə girir, qadınlardan da şəlalənin altından keçmələrini istəyir.

Fırıldaqçının “Məni ən çox sevənlər şəlalənin altına girəcək və çıxacaq” deyir. Bu zaman fərqli yaş qruplarından onlarla qadın özünü şəlalənin altına atır.