Həbs olunacağı gözlənilirdi - Məşhur fenomendən açıqlama - VİDEO
    • 13-11-2023, 18:03
    • 220

Həbs olunacağı gözlənilirdi - Məşhur fenomendən açıqlama - VİDEO

Dilan-Engin Polat cütlüyü həbs olundukdan  sonra diqqətlər  üzərinə çəkilən sosial media fenomeni Özlem Öz və həyat yoldaşı Tayyar Öz haqqında səsləndirilən iddialara aydınlıq gətiriblər. 

Onlar iddiaların əsassız olduğunu,  yalnız soyadlarını dəyişməkləri barədə yayılan xəbərin doğru olduğunu açıqlayıblar. 

Qeyd edək ki, vəkil Feyza Altun Öz cütlüyünün mal varlığının araşdırılmalı olduğunu bildirib. 

Özlem Öz  lüks həyatı ilə bağlı  gündəmə gəldikdən sonra  səhifəsindən 25-ə yaxın video silib. 

Özlem Altınok Özün özünəməxsus gözəllik salonu və e-ticarət mağazası var. 

Həyat yoldaşı Təyyar Özün isə şəxsi klinikası mövcuddur. Orada zəli terapiyası, dolğu və botoks kimi müxtəlif prosedurları icra edilir.

Könül