-
- 14-11-2023, 09:33
- 338
Ana bətnində körpənin ölməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cəlilabad rayonunda dölün ana bətnində ölümü ilə bağlı açıqlama yayıb.
News24.az xəbər verir ki, məlumata əsasən, bu gün saat 13:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına daxil olan Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü pasiyentdə dölün ana bətnində tələf olması halı xəstəxanaya gətirilməmişdən öncə baş verib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş pasiyentdə (hamilədə) ambulator və USM müayinəsi zamanı dölün tələf olduğu aşkarlanıb və o, təcili yardım vasitəsilə Lənkəran Regional Perinatal Mərkəzinə təxliyə olunub.
Qeyd edək ki, pasiyentin yaxınları körpənin ölümündə həkimləri günahlandırırdılar.