Bakıda 15 yaşlı qız itkin düşdü
    • 15-11-2023, 10:10
    • 143

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

News24.az xəbər verir ki, Binəqədi qəsəbəsi mədən 1 korpus 10-da yaşayan 15 yaşlı A. Abbaslı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun anası polisə müraciətində bildirib.

Hazırda Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində axtarış işləri keçirilir.