“Ermənistan dərsini alıb, yerində oturdu” - Ərdoğan
Siyasət
Qarabağ müharibəsi zamanı Ermənistan kimi Yaxın Şərqdəki münaqişədə də İsraili məyusluq gözləyir.
News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışı zamanı deyib.
“İllərcə Azərbaycan torpaqlarına sahib olmaq arzusunda olan Ermənistan Qarabağ müharibəsindən dərs aldı və yerinə oturdu. İsrail də eyni məyusluğu yaşayacaq. Nə qədər ki, biz 85 milyon insan birik, bizi heç kim sındıra bilməz. Ona görə də güclü və müasir ordu bizim üçün zərurətdir", - deyə Ərdoğan vurğulayıb.
Qumral