-
- 28-07-2018, 11:53
- 923
Azərbaycanda hamilə qadın döyüldü , komaya düşdü
Lerik rayonunda hamilə qadın döyülüb.
Cənub bürosu xəbər verir ki, hadisə rayonun Orand kəndində baş verib.
Həmin kəndin sakini 24 yaşlı Fərəcova Zakirə Məhərrəm qızı əri və qaynı tərəfindən amansızcasına döyülüb. Qadın aldığı xəsarətlərdən komaya düşüb. Bu barədə zərərçəkənin atası Daxili İşlər Nazirliyinin "102" Xidməti- Zəng Mərkəzinə məlumat verib.
Zərərçəkənin atasının bildirdiyinə görə, qızını bacısı oğluna ərə verib: "Bu hal birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl də oxşar hal baş verdiyindən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin izahatı alındıqdan sonra sərbəst buraxılıb".
Gecə saat 3-də qız ağır vəziyyətdə özünü atasının evinə qədər çatdırıb, həyətə çatanda huşunu itirib. Zakirə Fərəcova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada Z.Fərəcovaya 13-14 həftəlik hamiləlik, sağ gözün hemotoması diaqnozu qoyulub. Əlavə müayinə olunmaq üçün qadın Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
//Report.az