İranda sel altda qalan şəhərin əhalisi təxliyə edilir - VİDEO
    • 3-04-2019, 14:02
    • 771

İranda sel altda qalan şəhərin əhalisi təxliyə edilir - VİDEO

İranın Xuzestan əyalətinin 80 min əhalisi olan Susəngerd şəhərinin təxliyə edilməsi əmri verilib.
 
News24.az
SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat verib.
 
Bildirlib ki, sel sularına görə Susəngerd şəhərinin təxliyəsi əmri verilib. Artıq şəhərin təxliyəsinə başlanılıb. Məlumata görə şəhərin əhalisi hündürlükdə olan yaşayış massivləri və Əhvaz şəhərinə üz tuturlar.
 
İranın bəzi rəsmi qurumları yüz mindən çox əhalisi olan Dezful şəhərinin də təxliyə edilməsi ehtimalının olduğunu deyiblər.
 
Ötən gün İranın aidiyyatı qurumları Lorestan və Xuzestan əyalətində Kərxə və Dez çayları hövzəsində olan yüzdən çox kəndin təxliyə edildiyini bildiriblər. Burada onlarla kənd suyun altından ya da mühasirəsində qalıb.
 
İranın Enerji Nazirliyi bildirib ki, bu sel son 50 ildə misilsiz olub.