Şahramanyan razılaşdı: - İFADƏ VERƏCƏK
    • 16-11-2023, 16:13
    • 225

Şahramanyan razılaşdı: - İFADƏ VERƏCƏK

Özünü buraxan qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyan 44 günlük müharibənin istintaq komissiyasına rəhbərlik edən Andranik Köçəryanın ifadə vermək təklifini qəbul edib.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” mənbələrinə istinadla məlumat yayıb.  

Qeyd edək ki, bundan öncə Andranik Köçəryan “Hanrayin” telekanalının efirində  Şahramanyan komissiyaya dəvət edildiyini açıqlamışdı. 

Həmçinin Köçəryan: “Şahramanyan intihar etsəydi, daha yaxşı olardı”,- deyə bildirmişdi.

Mənbə Köçərayana istinadla bildirir ki, Şahramanyan əvvəlcə getməmək qərarına gəlib. 

“Şəhramanyan uzun müddət düşündü ki, Köçəryanın dəfələrlə özünü yanlış ifadə etdiyinə, onu bir neçə dəfə ictimai şəkildə təhqir etdiyinə görə, istintaq komissiyasına getməmək lazımdır. Lakin sonra  belə bir səs-küylü işin real tapıntılarını dəyərləndirərək, noyabrın 24-də istintaq komissiyasına getməyə razılaşdı”.

Ayşən