-
- 17-11-2023, 01:00
- 808
Sifarişlə qətlə yetirilən prorektorun həyat yoldaşı DANIŞDI
İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşviq Atakişiyev 12 əvvəl törədilmiş qətlin sifarişində şübhəli bilinərək saxlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə yaşadığı binanın qarşısında idman meydançasında qəsdən öldürülməsi faktı ilə bağlı bu ilin aprel ayında Dəyanət Quliyev şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədildiyi müəyyən edilib.
Müşviq Atakişiyev və Samir Quliyev iş üzrə "tamah məqsədilə qəsdən adam öldürmə" maddəsilə təqsirləndirilən səxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.x
News24.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Tariyel Əhmədovun həyat yoldaşı Zemfira Əhmədova bildirib ki, sağlığında əri şəxsi avtomobillə bağa gedəndə də ehtiyat edirmiş: "Vaxtilə Tariyel müəllimlə biz bağa gedirdik. O, sürücüsünə deyirdi ki, başqa yolla get. Qayıdanda da həmçinin bir başqa yolla qayıdırdıq. Dəfələrlə soruşdurdum ki, niyə belə edirsən? Deyirdi ki, birdən bizi izləyərlər".
Zemfira Əhmədova onu da iddia edib ki, Müşviq Atakişiyev həyat yoldaşını işdən çıxarmaq və işgüzar nüfuzuna xələl gətirmək üçün onu izlətdirib. Z.Əhmədova bildirib ki, Tariyel Əhmədov işlədiyi müddətdə bir dəfə də olsun işi ilə bağlı nöqsana yol verməyib. Zərərçəkmiş inanır ki, Tariyel Əhmədovun qatilləri layiqli cəzalarını alacaqlar.