Qarabaşaq xərçəngə qarşı necə təsir göstərir?
    • 17-11-2023, 23:52
    • 462

Qarabaşaq xərçəngə qarşı necə təsir göstərir?

Müntəzəm olaraq, qarabaşaq qəbul etmək bağırsaqları təmizləyir, insanı normal çəkidə saxlayır, piyləri əridir, qanı artırır və bununıla da həmin insanın onkoloji xəstəliklərə tutulmaq riskini azaldır.

News24.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə həkim diyetoloq Andrey Bobrovskiy bildirib.

"Qarabaşaq bağırsaqlarda yığılıb qalan tullantı qalıqlarıın, toksinləri təmizləyir. Zərərli qida, aşağı keyfiyyətli ərzaqların tərkibində olan maddələr bağırsaq divarında xovlara yapışır. Qreçkanın tərkibində olan lif məhz bu qalıqları dibdən qoparıb çıxara bilir.

Məlumdur ki, sleikli qişalar və bağırsaqda olan bu qalıqlar gələcəkdə şişlərə çevrilir. Bağırsaq xərçənginin profilaktikası birinci növbədə yüksək lifli qidalar yeməkdən keçir.

Qarabaşaq qanın keyfiyyətini artırır. Bİr boşqab yemək dərhal uzun müddət toxluq yaradır".