Azərbaycanda ikinci "Qız Qalası" tikilib? - FOTO
    • 18-11-2023, 14:56
    • 3 674

Azərbaycanda ikinci "Qız Qalası" tikilib? - FOTO

Yeni "Qız Qalası"nın görüntüləri yayılıb.

News24.az  xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Tikili Gəncə şəhərində yerləşir. 

Görüntünün maraq yaratmasına səbəb onun "Qız Qalası"na bənzərliyidir. Görüntülərdən məlum olduğu kimi, sözügedən tikilidə plastik qapı-pəncərə olması da xüsusi diqqət çəkib. 

Məlumata görə, qala Şah İsmayıl Xətai prospektində yerləşir. 

Gəncədəki 3 mərtəbəli "Qız Qalası"nın hündürlüyü isə 13,5 metrdir. 

Şəhər sakini tərəfindən inşa edilən, "Qız Qalası"na bənzərliyi ilə seçilən tikili turistlərin marağına səbəb olub.