Pişiklə oynayan uşaq öldü
    • 18-11-2023, 21:36
    • 390

Pişiklə oynayan uşaq öldü

Rusiyanın Saratov vilayətində dörd yaşlı uşaq pişiklə oynayarkən ölüb.

News24.az oxu24.com-a istinadla xəbər verir ki, bu barədə REN TV-nin mənbəsi bildirib.

Hadisə noyabrın 15-də Çexov küçəsindəki evlərdən birində baş verib

Evdə nənəsi ilə qalan azyaşlının meyiti tapılıb. Məlum olub ki,evdə pişiklə oynayan uşaq ipə ilişərək boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları  hadisə  ilə  bağlı cinayət işi açıb. Faktla bağlı araşdırma aparılır.