Bakıda qadınları tora salan “Alfons” ƏLƏ KEÇDİ – CİNAYƏT İŞİ
    • 4-04-2019, 10:49
    • 1 674

Bakıda qadınları tora salan “Alfons” ƏLƏ KEÇDİ – CİNAYƏT İŞİ

Bakıda qadını şantaj edən şəxs tutulub. 

News24.az-ın məlumatına görə, bir müddətdir axtarışa verilmiş 1991-ci il təvəllüdlü Fərid Qasımov polis tərəfindən saxlanılıb. Onun barəsində 182-ci, yəni hədə qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi açılıb.

F.Qasımov sevgili olduğu qadınları şantaj etməkdə, onlardan hədə-qorxu yolu ilə pul almaqda şübhəli bilinir. Gənc “alfons” barəsində araşdırmalar aparılır.

Taleh BAĞIROV