Kənan MM: “Gənclərin 50 faizini yandırmaq lazımdır” - VİDEO
    • 4-04-2019, 11:05
    • 1 727

Kənan MM: “Gənclərin 50 faizini yandırmaq lazımdır” - VİDEO

Rejissor Kənan MM sərt açıqlama edib.

News24.az-a danışan rejissor müasir gəncliyin hazırkı vəziyyətindən şikayətlənib: “Etiraf edirəm ki, çox vaxt düzgün danışmağım başıma bəla olur. Amma mən beləyəm. Düzgün danışmasam yaşaya bilmərəm. İndiki gənclərin 50 faizinı yandırmaq lazımdır ki, gələcək nəslə fəsadlar yaratmasın. Özünü makiyaj edən oğlanları, kazbekə şey basanları, özəl həyatını telefona çəkib paylaşanları, medalyonun o biri hissəsini göstərmək istəyənləri... Hara gedirik bilmirəm.

Qorxuram. Ona görə qorxuram ki, üç övladım var. Yəni, mənim günahım nədir ki, cinsi azlıq insternet vasitəsi ilə evimə “qonaq” olur. İmam Əlinin (ƏS) bir sözü var: “Bir az dostun kimisən”. Yəni, sən onunla ona görə dostsan ki, sizi nə isə birləşdirir. Bu gün hansısa cinsi azlığın sosial şəbəkədə yarım milyon izləyicisi var. Ortaya belə sual çıxır ki, bu yarım milyon kimdir? Nəyi görmək istəyirlər? Nəyin axtarışındadırlar? Nə ilə maraqlanırlar”?..

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV